Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı yeni dərs vəsaitinin təqdimat mərasimi keçirilib

Naxçıvan, 3 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” kitabının təqdimatı olub.

Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq bildirib ki, Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı yeni dərs vəsaiti enerji təhlükəsizliyi məsələlərini formalaşdıran amillərin təhlili, enerji resurslarının nəqli sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq məsələlərinin izahı, eyni zamanda, regional dövlətlərin enerji təhlükəsizliyinin hüquqi aspektləri baxımından mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynov bildirib ki, bu gün təqdimatına yığışdığımız “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı 264 səhifədən ibarət genişhəcmli monoqrafiya 1 giriş, 3 fəsil, 11 yarımfəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Giriş hissədə mövzunun aktuallığı əsaslandırılır, tədqiqatın məqsəd və vəzifələri, onun əsas yeni elmi və praktik əhəmiyyəti izah edilir. Monoqrafiyanın “Region dövlətlərinin enerji təhlükəsizliyi siyasəti və onun uzlaşdırılması üzrə əməkdaşlığın beynəlxalq-hüquqi formaları” adlanan I fəslində region dövlətlərinin enerji resurslarının beynəlxalq enerji təhlükəsizliyi üçün əhəmiyyəti, Xəzər regionu dövlətlərinin milli maraqları və beynəlxalq-hüquqi əməkdaşlığın xüsusiyyətləri, regional enerji təhlükəsizliyi üzrə əməkdaşlığın beynəlxalq-hüquqi prinsipləri, enerji təhlükəsizliyi sferasında region dövlətlərinin milli konsepsiyaları və onun qanunvericilik əsası məsələləri təhlil edilir. Monoqrafiyanın II fəsli isə “Regional energetika əməkdaşlığının həyata keçirilməsində Azərbaycan Respublikasının qanunvericiliyi” adlanır və 4 paraqrafdan ibarətdir. Bu fəsildə Azərbaycan Respublikasının energetika siyasəti və onun qanunvericilik əsası beynəlxalq-hüquqi əməkdaşlığın əsası kimi səciyyələndirilir, Azərbaycan Respublikasının energetika qanunvericiliyinin əsas xüsusiyyətləri, energetika sahəsində regional əməkdaşlığın beynəlxalq-hüquqi formaları tədqiqata cəlb olunur.

Qeyd olunub ki, monoqrafiyanın 3 yarımfəsildən ibarət III fəsli “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Naxçıvan Muxtar Respublikasının yeri” adlanır. Burada Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyəti və onun energetika sisteminin hüquqi əsasları, elektrik enerjisinin nəqlində beynəlxalq-hüquqi əməkdaşlıq, təbii qazın nəqlində dövlətlərarası əməkdaşlığın beynəlxalq-hüquqi məsələləri araşdırılır. Monoqrafiyada, həmçinin tədqiqatla əlaqədar əldə edilmiş mühüm təklif və ümumiləşdirmələr irəli sürülür, o cümlədən bunların beynəlxalq və dövlətdaxili normativ hüquq sistemi üçün nəzəri-praktik əhəmiyyəti qeyd olunur.

Bildirilib ki, monoqrafiyada müasir qloballaşan dünyada enerji resursları, xüsusən karbohidrogen ehtiyatlarına sahib olmaq, onların ixrac və idxalına nəzarət geosiyasi maraqların, dövlətlərarası əməkdaşlığın xüsusi diqqət mərkəzinə çəkilib. Monoqrafiyada bu istiqamətdə kompleks məsələlərin təhlili müəllifin yaradıcılığının əsas istiqamətini təşkil edir. Belə ki, mövzunun beynəlxalq-hüquqi aspektləri ilə yanaşı, onun milli-iqtisadi, sosial, insan təhlükəsizliyinin təminatı, həmçinin regionun sabit və davamlı inkişaf aspektləri də təhlil olunur. Bu sahədə investisiya problemlərinin mövcudluğu, enerji resurslarından istifadənin neqativ nəticələr doğura bilən tərəfləri, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın ön plana çəkilməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan hasilatçı və tranzit dövlətlərin statusuna dair kompleks məsələlər elmi cəhətdən əsaslandırılır. Belə enerji təhlükəsizliyi ilə bağlı münasibətlər tənzimetmə obyekti olaraq həm dövlətlərarası, həm də dövlətlə hüquqi və fiziki şəxslər arasında baş verən münasibətləri birləşdirir.

Yusif Hüseynov vurğulayıb ki, bütövlükdə monoqrafiyanın elmi yeniliyi enerji təminatına yaranan təhdidlərin qarşısının alınması üçün beynəlxalq hüququn norma və prinsiplərinin kompleks şəkildə analizində ifadə edilir. Monoqrafiyanın nəzəri-praktiki əhəmiyyəti ondan ibarətdir ki, müəllifin bəzi təklif və tövsiyələrindən Azərbaycan dövlətinin enerji təhlükəsizliyi əlaqələrində praktik tətbiqi məqsədilə və Azərbaycan Respublikasının qanunvericiliyi üçün maraq kəsb edən beynəlxalq enerji münasibətləri ilə bağlı ayrı-ayrı beynəlxalq-regional-milli hüquqi aktların norma və müddəalarının implementasiyasında istifadə oluna bilər.

Naxçıvan Dövlət Universiteti Fiziki energetika kafedrasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Şəmsəddin Kazımov və universitetin Hüquq fənləri kafedrasının müəllimi Reyhan Sadiqova Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətinin energetika sisteminə təsiri və regional dövlətlərin enerji təhlükəsizliyinin hüquqi aspektləri mövzusunda çıxış ediblər. Çıxış edənlər monoqrafiyanın tədqiqatçı alimlər, müəllimlər və tələbələr üçün faydalı olacağını bildirərək müəllifi yeni nəşr münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov yeni dərs vəsaitinin nəşrində əməyi olanlara minnətdarlığını bildirib.

Tədbirə Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov yekun vurub.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub