DÜNYA


“Engie” və “AES” enerji şirkətləri birgə LNG satacaq

Bakı, 16 may, Nihad Budaqov, AZƏRTAC

Fransanın enerji şirkəti “Engie” və ABŞ-ın enerji nəhənglərindən olan “AES” birgə mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) satacaq.

AZƏRTAC xəbər verir ki, şirkətlər Orta Amerikada birgə LNG satışı həyata keçirəcəklər. “Engie” və “AES” Panamada inşa edilməkdə olan “Costa Norte” LNG terminalından istifadə edərək birgə LNG satışı həyata keçirmək üzrə razılığa gəliblər.

Terminalın mülkiyyətinə “AES” və Panamanın “Inversiones Bahia” şirkətləri yarı-yarıya sahibdirlər. Müəssisənin ümumi tutumu isə ildə 5 milyon tondur. “Engie” 2018-ci ildən etibarən hazırda terminalda inşa edilməkdə olan 380 meqavatlıq “AES” qaz turbini stansiyasını ildə təxminən 0,4 milyon ton LNG ilə təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.