MƏDƏNİYYƏT
“Enmə” filmi nümayiş olunub
Bakı, 20 aprel, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamın seçimi” adlı layihə əsasında silsilə film nümayişinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində əvvəlcə tanınmış rejissor Tarsem Sinqhin “Enmə” filmi təqdim edilib. ABŞ və Hindistanın birgə istehsalı olan filmin xronometrajı 1 saat 17 dəqiqədir. Filmin baş qəhrəmanı Hollivud kaskadyoru Roy Uoker çəkiliş zamanı körpü üzərində uğursuz tryuk nəticəsində travma aldıqdan sonra ayaqları iflic olur. O, xəstəxanada müalicəsini davam etdirir və vaxtını səmərəli keçirmək üçün Aleksandriya adlı qızcığaza nağıllar danışır.
Qeyd edək ki, iştirakçılar “YARAT”da açılmış “Əziz sevgilim” sərgisini seyr etməklə yanaşı, həmin sərginin müəllifi rəssam Orxan Hüseynovun təklif etdiyi filmlərə baxa biləcəklər. Təqdim olunacaq ekran əsərləri sərginin konsepsiyasını əks etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]