DÜNYA


“Ericsson” 2017-ci ildə “5G” avadanlığının tədarükünə başlayacaq

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

“Ericsson” şirkəti beşinci nəsil (“5G”) mobil şəbəkəsinin işə salınması məqsədilə artıq gələn il aparat həllərinin tədarükünə başlamağı planlaşdırır.

AZƏRTAC “3dnews.ru” saytına istinadən xəbər verir ki, “Ericsson Mobility Report” hesabatına əsasən, 2021-ci ilədək dünya əhalisinin 90 faizi “WCDMA/HSPA” texnologiyaları əsasında tikilmiş mobil genişzolaqlı şəbəkə ilə əhatə olunacaq. Hazırda dünya əhalisinin 50 faizindən çoxu internetə çıxışa malik deyil və bu problem inkişaf etməkdə olan ölkələrdə xüsusilə kəskin hiss olunur.

Proqnozlara görə, “5G” şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanılacaq və məlumatların ötürülməsi üzrə maksimum sürət 20 Qbit/s müəyyən edilib. Qiymətləndirmələrə görə, 2021-ci ilin sonunadək “5G” şəbəkəsində 150 milyon qoşulma qeydə alınacaq.

“5G” xidmətlərinin imkanlarını 2018-ci ilin fevralında Koreya Respublikasında keçiriləcək Qış Olimpiya Oyunlarında nümayiş etdirmək planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.