CƏMİYYƏT


Erkən evlilik cəmiyyət üçün ağır nəticələr doğurur

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Məişət zorakılığı və erkən evlilik qadınlar, uşaqlar, ailələr, bütövlükdə cəmiyyət üçün ağır nəticələr doğurur. Məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyətin qurulması işinə kömək edən ən mühüm amillərdən biridir.

Bu fikirlər “Əlil Qadınlar” Cəmiyyətinin həyata keçirdiyi “Məişət zorakılığı və erkən evliliyə qarşı birgə mübarizənin aparılması” layihəsi çərçivəsində Xaçmazda təşkil edilən “dəyirmi masa”da səsləndirilib.

Tədbirdə qeyd olunub ki, regionlarda məişət zorakılığı əsasən erkən evlilik zamanı daha çox nəzərə çarpır. Erkən evliliyin qarşısının alınması, sosial dəstəyə ehtiyacı olan məişət zorakılığı qurbanlarına keyfiyyətli, effektiv hüquqi və psixoloji yardımların göstərilməsi bu sahədə ən mühüm addımlardan hesab edilir.

Cəmiyyətin sədri Məhluqə Rəhimova layihə haqqında tədbir iştirakçılarına məlumat verərək onu da bildirib ki, erkən evlilik əsasən ağır sosial bəlalar gətirməklə ailələrdə məişət zorakılığının təməlini qoyan əsas amillərdən biridir. O, çıxışında cəmiyyətin ən kövrək təbəqəsi olan məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi və psixoloji yardımların göstərilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.