CƏMİYYƏT


“Erkən nikaha yox de!” layihəsinə yekun vurulub

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Erkən nikaha yox de!” layihəsinə yekun vurulub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, bağlanış mərasimində layihənin icrasının yekunları barədə məlumat verilib, hesabat videoçarxları nümayiş olunub.

Qeyd edilib ki, layihənin məqsədi erkən nikahlar və onun fəsadlarının, o cümlədən körpə və ana ölümlərinin, boşanma hallarının sayının artmasının, qızların təhsildən yayınmasının, erkən nikaha cəlb edilən qızların cəmiyyətdən təcrid olunmasının, onların fiziki və cinsi zorakılığa məruz qalmalarının qarşısının alınması istiqamətində geniş maarifləndirmə tədbirlərinin keçirilməsi idi. Bunun üçün həyata keçirilən maarifləndirmə kampaniyasında 3 infoqrafik videoçarx hazırlanıb. Videoçarxlar Azərbaycanın bütün regionlarında nümayiş etdirilməsi üçün internet vasitəsilə sosial şəbəkələrdə yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.