CƏMİYYƏT


Erkən nikahların qarşısının alınması ilə bağlı “Mənim hüququm var” layihəsinin sonuncu təlimi keçirilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə keçirilən “Mənim hüququm var” layihəsinin sonuncu təlimi keçirilib.

Təlimin bağlanış tədbirində çıxış edən layihə rəhbəri Elman Aslanov Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərdən və uşaq hüquqları sahəsində əldə olunan nailiyyətlərdən söz açıb. O qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən birinin BMT-nin Uşaq Hüquqları Konvensiyası olması bütün bunlara əyani sübutdur.

Bundan əvvəl Suraxanı və Binəqədi rayonlarında keçirilən təlimlərdə olduğu kimi, bu təlimdə də uşaqlara və gənclərə erkən nikahın fəsadları və onun yaratdığı problemlər, eləcə də yeniyetmələrin bu mövzuda hüquq və azadlıqlarından geniş söhbət açılıb. Diskussiya və qarşılıqlı müzakirə şəraitində keçən təlim zamanı iştirakçıların təklif və tövsiyələri dinlənilib və problemlərin həlli istiqamətində işlərin görülməsi üçün işçi qrup təyin edilib. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Mənim hüququm var” layihəsinin məqsədi uşaqlar və gənclər arasında erkən nikah hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işini aparmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.