REGİONLAR


Erkən nikahların qarşısının alınmasında cəmiyyətin üzərinə mühüm vəzifə düşür

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Sumqayıtda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam həyat naminə erkən nikaha YOX deyək” adlı maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə erkən nikahla bağlı film nümayiş olunub. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva erkən nikahların qarşısını almaq məqsədilə şəhərdə görülən işlərdən danışaraq layihənin əhəmiyyətini qeyd edib. Bildirib ki, aparılan maarifləndirmə işləri nəticəsində erkən nikaha girənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi fəsadları diqqətə çatdıraraq, bu halların qarşısının alınmasında cəmiyyətin üzərinə mühüm vəzifə düşdüyünü vurğulayıb. Qeyd edib ki, ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondun daşıyıcısı kimi mühüm rola malikdir. Ölkəmizdə qadınların xoşbəxt yaşamaları, cəmiyyətdə fəal mövqe tutmaları üçün hər cür şərait yaradılıb.

Digər çıxış edənlər erkən nikahların körpə və ana ölümü hallarının çoxalmasına, boşanma hallarının artmasına, qızların təhsil imkanlarının azalmasına, onların cəmiyyətdən təcrid olunmasına, daha çox fiziki və cinsi zorakılığa məruz qalmasına səbəb olduğunu bildiriblər.

Tədbirdə müzakirə edilən mövzu ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.