Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Erməni “ekspert” naqolay vəziyyətə düşüb

Erməni “ekspert” naqolay vəziyyətə düşüb Bakı, 1 sentyabr (AZƏRTAC). Bu yaxınlarda Pravda.ru videokanalı qalmaqalları ilə məşhurlaşmış erməni mənşəli rusiyalı politoloq Andrey Areşevi (Areşyan) Qarabağ mövzusunda söhbət etmək üçün öz studiyasına dəvət edib. Həmin söhbətin videoyazısı “Youtube” portalında yerləşdirilib (https://www.youtube.com/watch?feature=player_embedded&v=DcehtttgEmQ).

Bəri başdan qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ekspert rəyi vermək üçün erməninin, özü də belə bir ədalı erməninin dəvət edilməsi “bostanı keçiyə tapşırmaq” kimidir. Yarıfaşist və tam daşnak mövqeli “Noyev Kovçeq” nəşrində yazıları çap edilən bu erməni həmin münaqişə barədə nə obyektiv fikir söyləyə bilərdi!

Biz həmin “ekspert”in sayaqlamalarını ətraflı təhlil etməyəcəyik. Yalnız bir neçə yalan epizod üzərində dayanacağıq ki, onlar münaqişənin mahiyyəti ilə azacıq da olsa tanış olan hər bir adamın diqqətini dərhal cəlb edir.

Əvvələn, Areşev deyib ki, guya münaqişə tərəflərinin hər ikisi Madrid prinsiplərini rədd edib. Yalandır! Azərbaycan həmin prinsipləri qəbul edib, Ermənistan isə onları rədd edib. Bu barədə çox yazılıb.

İkincisi, Areşev ərazilərin mübadiləsi barədə məşhur Qobl planına toxunaraq deyib ki, Ermənistan bu planı rədd edib, çünki həmin planda “Ermənistanın bir ərazisinin Ermənistanın digər ərazisi ilə mübadilə edilməsini nəzərdə tutulurdu”. Bu, tam cəfəngiyyatdır! Qoblun Mehri ilə mübadilə olunmasını təklif etdiyi Laçın nə vaxtdan “Ermənistan ərazisi” olub? Bundan əlavə, görünür, Areşevin xəbəri yoxdur ki, Robert Koçaryanın gözlənilmədən razılıq verdiyi plan (hərçənd, o bunu gözdən pərdə asmaq üçün və yalnız sözdə etmişdi) məhz Heydər Əliyev tərəfindən rədd edilmişdi. Azərbaycan lideri bu planın Azərbaycan üçün hazırlanmış bir tələ olmasını dərhal hiss etmişdi. Həmin tələnin mahiyyəti, əlbəttə, heç vaxt baş tutmayacaq faktiki mübadilə deyil (ilk növbədə ona görə ki, o, ermənilərə həqiqətən sərf etmir), Azərbaycanın öz sərhədlərinin dəyişdirilməsinə prinsip etibarilə hazır olmasını yoxlamaqdan və çox uzağa gedən presedent yaratmaq idi. Bundan sonra Azərbaycan hər dəfə ərazi bütövlüyü prinsipini xatırladanda onu şantaj etmək və haçansa öz ərazisini qurban verməyə hazır olmasını xatırlatmaq olardı. Aydındır ki, Areşev bunu bilmir. Lakin bir halda ki, o, “ekspert”dir, qoy indi bilsin.

Pravda.ru studiyasında müxbir Lyubov Lyulko öz qonağından dəfələrlə soruşub ki, erməni tərəfin kompromisi nədən ibarətdir və ümumiyyətlə, Areşevin “reallıq” adlandırdığı Dağlıq Qarabağın Azərbaycandan faktiki olaraq ayrılmasının Azərbaycan tərəfindən formal şəkildə tanınması müqabilində Yerevan ona nə təklif edir? Müsahibənin kulminasiya nöqtəsi olan bu məqamda Areşev çox naqolay vəziyyətə düşüb. Zavallı “ekspert” hətta özünü itirib və uzun müddət fikrini toplaya bilməyib. Qarabağ üzrə “ekspert” kompromisə çağırır, özü isə bu kompromisin nədən ibarət olmasını bilmir!!! O, ağlabatan bir söz demək üçün çox gücənir, amma Lyulkonun ondan əl çəkməyə hazırlaşmadığını və sualını təkidlə davam etdirdiyini görəndə, həqiqətə oxşar heç nə fikirləşib tapa bilməyib və improvizə etməyə çalışıb: “gərginliyə və insan ölümünə son qoymaq”, “tammiqyaslı müharibə təhlükəsini uzaqlaşdırmaq”...

Belə düşünmək olar ki, guya öz hərbi qulluqçularını itirən təkcə Azərbaycan tərəfidir və tammiqyaslı müharibəyə cəlb edilmək istəməyən yalnız bizik.

Bir sözlə, söhbətin sonunda müxbir elə belə də deyib: “Siz Ermənistan tərəfindən konkret hansı kompromis addımlar atılacağını deyə bilmirsiniz”.

Bax, Rusiyanın “beyin mərkəzləri”nə və Rusiya jurnalistikasına yol tapmış erməni “ekspertlər” bu səviyyədədir.

Yeri gəlmişkən, biz Yerevanın Azərbaycan tərəfə hansı “kompromis” təklif etdiyini xatırlamaqda həmin “mütəxəssisə” kömək edə bilərik – Yerevanın “ərazi müqabilində status”, yəni Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının formal baxımdan tanınması müqabilində ətraf rayonların azad olunmasını təklif edirdi. Lakin bu, məhz Areşyanın bizə “sırımaq” istədiyi məsələdir – Azərbaycanın bir ərazisinin Azərbaycanın digər ərazisinə dəyişdirilməsi . Areşyan isə hətta bu sərsəm təklifi də xatırlaya bilməyib. Bəlkə də ona görə ki, o, hətta həmin yeddi rayonu da itirmək istəmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Ulu Öndərin doğum günü münasibətilə geni konsert proqramı hazırlanıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir  YENİLƏNİB CANLI

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib