DÜNYA


Erməni gənc Rusiyada qanunu kobud şəkildə pozmaqda davam edir

A+ A

Moskva, 7 oktyabr, AZƏRTAC 

Moskvada yüksək sürətlə avtomobil idarə edən gənclərdən biri kimi tanınan 22 yaşlı erməni Mara Baqdasaryan qanunu pozmaqda davam edir.

Rusiya KİV-lərinin məlumatlarına görə, bu ilin may ayında Mara Baqdasaryan polisin tələbinə tabe olmamaqda təqsirli bilinərək 10 sutka müddətinə azadlıqdan məhrum edilmişdi. Qızın atası Elmar Baqdasaryan övladının yol hərəkəti qaydalarını pozduğu üçün yığılıb qalan cərimələrinin bir hissəsini – 200 min rublu ödəmişdi.

Cəzasını çəkib azadlığa çıxan Mara Baqdasaryan atasının ona bağışladığı bahalı avtomobillərdə yol hərəkəti qaydalarını pozmaqda davam edir və artıq yenidən onun barəsində 140-dan çox cərimə tərtib olunub. Cərimələrin əksəriyyəti sürət rejiminin kobud şəkildə pozulması, yol nişanlarına riayət edilməməsi, ictimai nəqliyyat üçün ayrılan zolaqla hərəkətə görədir.

Federal Məhkəmə Pristavları Xidmətinin məlumatına görə, hüquq mühafizə orqanlarının əlində Baqdasaryanı yenidən 15 sutka müddətinə həbs etmək üçün tam əsas var.

Rusiya KİV-lərinin məlumatına görə, Mara Baqdasaryanın atası Elmar Baqdasaryan Moskvada qeydə alınmış və ət satışı ilə məşğul olan “Nuçar” şirkətinin rəhbəridir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.