SİYASƏT


Erməni silahlı bölmələri atəşkəs rejimini 17 dəfə pozub VİDEO

A+ A

Bakı, 10 avqust, AZƏRTAC 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Çaylı və Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.