ORDU
Erməni silahlı bölmələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 27-də axşam saatlarından başlayaraq, aprelin 28-də saat 04.00 radələrinədək Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq, düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.