SİYASƏT


Erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələri bölmələrinin itkilərə məruz qalması barədə məlumatı yalandır VİDEO

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır. Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.