CƏMİYYƏT


Erməni vandalizmi fotolarda VİDEO

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər... Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olar.

AZƏRTAC-a təqdim olunan fotolarda ermənilərin işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklər əyani şəkildə əksini tapır. Bu fotolar Azərbaycanın işğal olunmuş müxtəlif ərazilərində - Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və digər yerlərdə çəkilib. Fotolarda Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının, o cümlədən Yerevan şəhəri yaxınlığındakı Ağdədə qəbiristanlığının indiki vəziyyəti, Ağdamdakı Çay evinin, Daş abidənin əvvəlki və hazırki mənzərəsi təsvir olunur.

Baxın, budur özünü dünyaya məzlum kimi tanıdan ermənilərin vəhşi xisləti.

Şəkillərdə: Əsgəran qalası (1-4), Şuşa məscidi (5-14), Gövhər Ağa məscidi (15-20), Azərbaycan qəbiristanlıqları (21-26), Sədərək rayonunun Kərki kəndi (27-33), Zəngilan rayonunun Məmmədbəyli kəndi (34-39) Laçın rayonu (40-52), Kəlbəcər rayonu (53-55), Cəbrayıl rayonunun Xələfli kəndi (56-59), Cəbrayıl rayonunun Qumlaq kəndi (60-66), Ağdədə qəbiristanlığı (Yerevan şəhəri yaxınlığında) (67-118), Ağdam Çay evi (119-120), Daş abidə (121-124).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.