SİYASƏT


Ermənilər Çingiz Qurbanovun nəşini gec qaytarmaqla cılız və mənəviyyatsız olduqlarını bir daha göstərdilər

Bakı, 9 fevral, AZƏRTAC

Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupunun həmləsinin dəf edilməsi zamanı şəhid olan Çingiz Qurbanovun nəşi belə ermənilərə ciddi problemlər yaratdı.

Bu fikri AZƏRTAC-a hərbi ekspert, ehtiyatda olan polkovnik İlqar Əliyev deyib.

İlqar Əliyev qeyd edib ki, Ermənistan tərəfi Ç.Qurbanovun məhv etdiyi düşmən hərbçilərinin qohumlarının və yaxınlarının etirazlarından qorxaraq, onun nəşinin qaytarılmasını yubadaraq, bunun səbəbini hansısa istintaq və araşdırmanın aparılması ilə əlaqəli olduğunu bildirdi. Ermənilər növbəti dəfə özlərini gülünc vəziyyətə qoyaraq, guya istintaq aparmaq məqsədilə şəhidin nəşini 39 gün “sorğu-suala” tutub mühüm əhəmiyyətli məlumatlar əldə edəcəkdilər. Bununla ermənilər nə qədər cılız, qeyri-insani, mənəviyyatsız olduqlarını bir daha sübut etdilər.

Bu arada Ermənistan mətbuatında bir-birinin ardınca özlərinin itkiləri barədə məlumatların yayılması onu göstərdi ki, Çingizin də qisası başqa şəhidlərimiz kimi artıqlaması ilə alınıb. Biz son vaxtlar bunun şahidi oluruq və gələcəkdə də belə olacağına əminik.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi təkidi, səyi və müvafiq orqanlara göstərişləri nəticəsində şəhidin nəşi fevralın 5-də Azərbaycana qaytarıldı və böyük ehtiramla onun doğulub boya-başa çatdığı Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn edildi. Fevralın 8-də Azərbaycan Prezidentinin Sərəncamı ilə Çingiz Qurbanov Vətən uğrunda göstərdiyi şücaətə və şəxsi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Bu, bir daha onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt vətəndaşların taleyinə biganə qalmır, şəhidlərini unutmur, onların adlarını və qəhrəmanlıqlarını əbədiləşdirir və xatirəsini gələcək nəsillərə nümunə olaraq qoruyub saxlayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.