QAN YADDAŞI
Ermənilər azərbaycanlılara qarşı daim məkrli və təcavüzkar planlar həyata keçiriblər
Ağstafa, 31 mart, AZƏRTAC
Martın 31-də Ağstafa rayonunda qan yaddaşımızda dərin iz buraxan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov çıxış edərək tarix boyu xarici qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımları həyata keçirdiyini diqqətə çatdırıb. Belə qanlı hadisələrdən birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən soyqırımı olduğunu bildirən R.Tatarov, bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu vurğulayıb. O, 31 Mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini də diqqətə çatdırıb.
Çıxışlarda vurğulanıb ki, xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər soydaşlarımıza qarşı daim məkrli və təcavüzkar planlar həyata keçiriblər.