Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktları Şərqşünaslıq İnstitutunda ətraflı araşdırılır

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktları Şərqşünaslıq İnstitutunda ətraflı araşdırılır

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ötən əsrin əvvəllərində xalqımıza qarşı həyata keçirilən soyqırımı ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində əhəmiyyətli işlər görülür. İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların Arazın hər iki tayında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var. Bu mənada AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli İran tarixçiləri Səməd Sərdariniya və Tohid Məlikzadə Dilməqaninin əsərlərinin fars dilindən tərcümə olunaraq nəşr edilməsi təqdirəlayiqdir.

S.Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabında erməni quldur dəstələrinin rus və ingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Azərbaycan, Türkiyə və İran ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir. Həmin müəllifin digər “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı tarixi faktları ortaya qoymaq, erməni və onlara havadarlıq edən ölkələrin “siyasətçilərinin”, “tarixçi alimlərinin” yalan və uydurmalarını ifşa etmək məqsədi ilə qələmə alınıb. Kitab Şərqşünaslıq İnstitutu tərəfindən tərcümə olunaraq nəşr edilib. Müəllif kitaba yazdığı müqəddimədə qeyd edir ki, İran – Rusiya müharibələrindən, xüsusilə də Türkmənçay müqaviləsindən sonra ermənilərin Çuxursəd vilayətinə (indiki Ermənistan Respublikası ərazisinə) və onun mərkəzi İrəvana köçürülməsinə rusların birbaşa himayədarlıq etmələrinə və “məşəqqətlər görmüş millətə” hər cür dəstək vermələrinə baxmayaraq, 1918-ci ilədək ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etməyib. Yeri gəlmişkən, görkəmli alim tarixi faktları səsləndirərkən erməni müəlliflərinə də istinad edib.

“İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı İrəvanın ilkin yaşayış məskəni kimi formalaşması mərhələsindən başlayaraq burada yaşayan müsəlmanların (azərbaycanlıların) daşnakların əli ilə kütləvi şəkildə qətlə yetirilməsinə qədərki böyük tarixi mərhələni əhatə edir. Kitabın ilk hissələrində müəllif tarixi sənədlər və fotolar əsasında rus işğalı ərəfəsində İrəvanın tarixi-coğrafi mənzərəsini, şəhərin türk-müsəlman memarlığı əsasında yaradılmış arxitektura quruluşunu, mədəniyyət abidələrinin, dini mərkəzlərin (yeddi məscidin), karvansaraların və digər ictimai müəssisə və təşkilatların şəklini oxucuya təqdim etməklə onun tarixi bir müsəlman-türk şəhəri olduğunu sübut etməyə nail olub.

S.Sərdariniya kitabın “İrəvan Türkmənçay müqaviləsindən sonra” adlı bölməsində İrəvanda müharibədən sonrakı vəziyyəti, bu müsəlman şəhərində rusların ermənilərə himayədarlıq etmələrini son dərəcə dəqiq və ciddi şəkildə araşdırıb. Müəllif 1985-ci ildə Ermənistan Respublikasında çap olunmuş “Ermənistan tarixi” adlı kitaba əsaslanaraq Türkmənçay müqaviləsindən sonrakı ilk dövrlərin müqayisəli statistikasını təqdim edib: “...bu zaman İrəvanda 1805 azərbaycanlı ailəsinə qarşı cəmi 567 erməni ailəsi olmuşdur”.

Bundan sonra isə rusların özlərinin hazırladıqları hesabatdan istifadə edən alim Türkmənçay müqaviləsindən əvvəlki və ondan sonrakı dövrlərdə İrəvan və Naxçıvan xanlıqlarında əhalinin milli tərkibinə aid rəqəmlərin müqayisəli təhlilini təqdim edib: “Kameralnoe opisanie” adlanan sənəddə göstərildiyi kimi, 1828-ci il müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanlı türk-müsəlman bu iki xanlığı (İrəvan və Naxçıvan) tərk etmək zorunda qaldı və İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhalinin sayı 93 min nəfərədək azaldı. Dörd il sonra, yəni 1832-ci ildə müsəlmanların sayı 82.373 nəfərədək azaldı. Lakin həmin 4 il müddətində, yəni 1828-1832-ci ilə qədərki dövrdə ermənilərin sayı 25.151 nəfərdən 82.377 nəfərə qalxdı. Bir sözlə, erməni əhalinin sayı 3 dəfə artdı”.

Bu, bir millətin didərgin salınması, digər millətin zorakı yolla hakim mövqeyə gətirilməsi demək idi. Daha sonra müəllif ermənilərin İrandan və Osmanlı Türkiyəsindən bu bölgəyə köçürülməsini təsvir edir. Kitab tarixi təhrif edənlərə, bu gün dünyada məzlum erməni obrazı yaratmaq istəyənlərə, “Böyük Ermənistan” xülyası ilə yaşayanlara və bu məqsədlə azərbaycanlıların vəhşi obrazını yaratmaq istəyənlərə tutarlı cavabdır.

Digər İran müəllifi Tohid Məlikzadənin “Güney Azərbaycan I Dünya müharibəsi illərində” əsərində 1914-1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdan bəhs olunur. Müəllif əsəri yazarkən əsasən Osmanlı arxivlərindən istifadə edib. Bundan başqa xatirələrdən, rəsmi məktublardan və həmin dövrə aid qəzet materiallarından da istifadə edilib. Kitab İnstitut əməkdaşları tərəfindən farscadan tərcümə edilərək çap olunub.

İnstitutda icra olunan, farsdilli mənbə və qaynaqlar əsasında hazırlanan tədqiqat işinin əsas hissəsini Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlərdə birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törətməsinin araşdırılıb təhlil olunması təşkil edir. 1918-ci ilin əvvəllərində başlanan və 6 ay davam edən soyqırımında Urmiya gölünün cənubunda yerləşən Sulduz mahalından tutmuş şimalda Xoy şəhərinədək geniş bir ərazidə yerləşən Urmiya və Salmas başda olmaqla bütün şəhər, qəsəbə və kəndlərdə azərbaycanlılar amansızcasına soyqırımına məruz qalıblar.

Azərbaycanlılara qarşı törədilən soyqırımında insan tələfatının statistikası ilə bağlı 150-200 min arasında müxtəlif rəqəmlər qeyd edilsə də, ən dəqiq məlumat İran mərkəzi hakimiyyətinin göstərişi ilə soyqırımından sonra yaradılan tələfat və baş verən maddi ziyanı siyahıya alan komissiyanın hesabatında əksini tapıb. Həmin hesabata əsasən “I Dünya müharibəsi başlayandan komissiya yaranana qədər sadəcə qeydə alınan və hesablama vərəqələrində göstərilən can itkisi 160 min nəfər, maddi ziyan isə təxminən 160 kror tümən idi... Xəsarət və insan tələfatı siyahıya alınmayan məntəqələr də hesablanarsa, dəyən maddi xəsarət 200 kror tümən, insan itkisi isə 200 min nəfər olur”.

Artıq müzakirədən keçmiş və müdafiəyə təqdim edilmiş əsər xalqımıza qarşı törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün göstərilən səylərdən biri kimi qiymətləndirilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib