DÜNYA


Ermənistan 2017-ci ildə daha ağır itkilərlə üzləşəcək

Bakı, 14 yanvar, AZƏRTAC

Ermənistan 2016-cı ili ağır şərtlərlə başa vurub. İflas bütün sahələrdə ən son həddə çatıb. Hətta hökumət dəyişikliyi də mövcud vəziyyətə təsir göstərməyib. Əksinə, ilin sonunadək böhran dərinləşib.

Rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, iqtisadi vəziyyətin ağırlaşdığını etiraf edirlər. Vətəndaşların sosial vəziyyəti daha da ağırlaşıb, onlar ifrat yoxsulluq həddində yaşayırlar. Ekspertlər bütün bunların səbəbini düzgün idarəetmə mexanizminin olmamasında görürlər.

“Jamanak” qəzeti yazır ki, Serj Sarkisyan özünün ölkənin baş naziri postuna gətirdiyi Karen Karapetyanın fəaliyyətindən narazıdır. Sarkisyan onun təyinatını prezident olduğu dövrdə ən ciddi səhvlərindən biri kimi dəyərləndirib, lakin bunun səbəblərini açıqlamayıb. Siyasi dairələrdə isə Sarkisyanın bu çıxışı birmənalı qarşılanmayıb. Bildirilir ki, hökumət daxilindəki çəkişmələr diqqəti vacib problemlərdən yayındırmaq məqsədi daşıyır. “Belə bir ölkənin gələcəyi yoxdur”, - yazan müəllif qeyd edir ki, 2017-ci il Ermənistanda ən acınacaqlı dövr olacaq. Bu il ölkə iqtisadi və siyasi kataklizmlərdən can qurtara bilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.