Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan 2017-də: “Stratfor”un proqnozundakı xəbərdarlıqlar

Ermənistan 2017-də: “Stratfor”un proqnozundakı xəbərdarlıqlar

Amerikanın tanınmış “beyin mərkəzlərindən” olan və Mərkəzi Kəşfiyyat İdarəsinə yaxınlığı haqqında informasiyalar yayılmış “Stratfor” analitik mərkəzi 2017-ci il üçün öz proqnozlarını verib. Orada həm dünyanın ümumi geosiyasi trendləri, həm də konkret regionlar üzrə irəli sürülən analitik müddəalar yer alıb. Sənəddən görünür ki, 2017-ci ildə qlobal geosiyasi mənzərə öz mürəkkəbliyini saxlayacaq. Müxtəlif regionlardakı münaqişələr, ixtilaflar, silahlı toqquşmalar davam edəcək. Ayrıca Cənubi Qafqazdakı münaqişələrin həllini gözləmək də çətindir. O cümlədən, Ermənistanın hansısa ciddi hərbi dəstəyə ümid etməsi real görünmür. Bütün bunların fonunda Cənubi Qafqazla bağlı hansı situasiyanın yarana biləcəyi aktual təsir bağışlayır.

Gərgin geosiyasi mübarizə: 2017-ci ilin bir sıra mürəkkəb məqamları

ABŞ-ın “Stratfor” analitik mərkəzi ənənəvi olaraq yeni il üçün geosiyasi proqnozlarını dərc edib (bax: 2017 Annual Forecast / www.stratfor.com, 27 dekabr 2016). Sənəddə dünyanın hər bir regionu ilə bağlı ayrıca bölmələr vardır. Avrasiya hissəsində Rusiya və başqa postsovet ölkələri haqqında proqnostik tezislər yer alıb (bax: 2017 Annual Forecast: Eurasia / www.stratfor.com, 27 dekabr 2016).

“Stratfor”un mövqeyinə görə, bütövlükdə Rusiyanın postsovet məkanında təsiri artacaq. Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində Kremlin qarşısına müəyyən maneələr çıxsa da, onlar elə bir ciddi dəyişikliyə səbəb olmayacaq. Qafqazda Gürcüstan Türkiyə və Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çalışacaq. Ankara isə həmin regionda öz mövqeyini qoruya biləcək (bax: əvvəlki mənbəyə).

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Moskva bu məsələni öz nəzarətində saxlamağa nail olacaq. Bununla bağlı “Stratfor”un analitikləri yazırlar: “Rusiya Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin baş hakimi rolunda qalmağa davam edəcək ki, onların hər ikisi ilə öz xeyrinə (yəni Rusiyanın xeyrinə – Newtimes.az) oynayacaq” (bax: əvvəlki mənbəyə).

Təbii ki, “Stratfor”un proqnozları hansısa imtiyaza malik deyillər – onlar özünü doğrultmaya bilər. Lakin təcrübə göstərir ki, Amerika kəşfiyyatı ilə bağlı olan bu mərkəz faktiki olaraq müəyyən ortaq mövqeni ifadə edə bilir. Bu baxımdan Cənubi Qafqazda Rusiya və Türkiyənin hansı siyasət yeridə biləcəkləri aspektində bu “beyin mərkəzi”nin fikirləri maraq doğurur. Həmin çərçivədə də Azərbaycan, Gürcüstan və Ermənistan haqqındakı tezislər diqqəti çəkir.

Ayrıca Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları barədə irəli sürülən tezisə ümumən Ermənistanın 2017-ci ildə qarşılaşa biləcəyi problemlər işığında nəzər salmaq maraqlı olardı. Əgər münaqişə Rusiyanın tərəflər arasında “baş hakim” rolu oynaması fonunda dondurulmuş vəziyyətdə qalacaqsa, onun həlli məsələsi çətin ki, sona çatsın. Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üç həmsədr dövlət var və onların ikisi Qərbə aiddir. Ən azından həmin dövlətlər arasında ümumi razılıq olmasa, çətin ki, problem həllini tapsın. Eyni zamanda, Ermənistana havadarlıq edənlərin passivləşə biləcəyi haqqında da elə bir fikir yoxdur. Deməli, 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ciddi irəliləyiş gözləmək ehtimalı, “Stratfor”un analizinə və proqnozuna görə, azdır.

Lakin məsələnin əhəmiyyətli bir özəlliyi də vardır. “Stratfor” ayrıca bir təhlili yazısında rəsmi İrəvana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nə dərəcədə dəstək verə biləcəyi məsələsini araşdırıb (bax: “Stratfor” Ermənistanla bağlı fikir ayrılığına toxundu / “Azadlıq” radiosu, 12 yanvar 2017). Bu mövzu Dağlıq Qarabağ münaqişəsi kontekstində ona görə əhəmiyyətlidir ki, İrəvan məhz KTMT-dən müdafiə sahəsində ciddi dəstək gözləyir. S.Sarkisyan bu təşkilatın iclaslarında bir neçə dəfə öz gileyini bildirib.

Hətta KTMT-ni NATO ilə müqayisə etməyə çalışaraq, vurğulamışdı ki, Yunanıstan belə hərbi təşkilatdakı müttəfiqi Türkiyəni müdafiə edir, ancaq KTMT-dəki bir sıra dövlətlər aprel müharibəsində Ermənistana dəstək vermədi. Üstəlik, həmin hadisədən sonra Qazaxıstan prezidenti İrəvanda təşkilatın iclasına belə qatılmadı. Belarus prezidenti A.Lukaşenko isə həmin tədbirdə birbaşa Azərbaycanın mövqeyinə uyğun fikir söylədi.

Sarkisyanın şikayətləri: KTMT-nin “ürəyi yumşalmır”

Ermənistan prezidenti öz narazılığını Moskvada V.Putinə də bildirmişdi. Ancaq onun bütün bu şikayətləri KTMT-də Ermənistana olan münasibəti zərrə qədər də dəyişmədi. Əlavə olaraq, “Stratfor” bu məqamı ciddi arqument kimi KTMT-Ermənistan münasibətlərində nəzərə alan tezislər irəli sürüb. Mərkəzin analitik məqaləsində vurğulanır: “Üzümüzə gələn aylar təşkilat üçün asan olmayacaq. Həm baş katib vəzifəsi, həm də Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqları yenə qalacaq. Əlbəttə, Moskva bu ziddiyyətləri yumşaltmaq üçün əlindən gələni edəcək” (bax: əvvəlki mənbəyə).

“Stratfor" burada fikir ayrılığı aspektində iki məqamı diqqətə çatdırır. Birincisi, Belarus və Qazaxıstan, ümumiyyətlə, KTMT-də Ermənistanın tərəfini saxlaya biləcək hansısa sənədin qəbuluna imkan verməyəcəklər. İkincisi, əslində, Kreml də bu kontekstdə İrəvanı sona qədər müdafiə etmək fikrində deyil. Çünki Rusiya Cənubi Qafqazda Azərbaycanın roluna daha çox əhəmiyyət verir. Enerji məsələlərində Astana və Moskva üçün Bakı ayrıca əhəmiyyəti olan faktordur (bax: əvvəlki mənbəyə).

Deməli, analitik mərkəzin proqnozuna görə, Ermənistanın 2017-ci ildə təhlükəsizliyi qeyri-müəyyənliyini saxlamaqda davam edəcək. Üstəlik, KTMT-də ona olan ikili münasibət qalacaq. Belarus və Qazaxıstan İrəvan üçün başağrısı yarada bilən mövqelərini saxlayacaqlar. Rusiya isə incə manevrlərlə nə Ermənistanı, nə Qazaxıstanı, nə də Azərbaycanı narazı salmayacaq.

Bu kontekstdə Ermənistan nümayəndəsinin bir neçə aydan sonra KTMT-yə baş katib seçilə bilməsi müəmmalı məsələ təsiri bağışlayır. Əslində, Kreml bununla əlaqədar öz mesajını artıq verib. KTMT-nin artıq keçmiş baş katibi 2016-cı ilin dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlərlə bağlı verdiyi şərhdə “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətmişdi. Bu, Azərbaycanda kəskin etirazlara səbəb oldu, bir sıra ekspertlər Kremli Ermənistana dəstək verməkdə ittiham etməyə başladı. Lakin rəsmi Moskva N.Bordyujanı vəzifəsindən dərhal uzaqlaşdırmaqla göstərdi ki, onun mövqeyi daha tarazlıdır. Rusiya açıqca kiminsə tərəfini tutmaq niyyətində deyil, bu qaydanı pozanlar da dərhal öz cəzasını alacaqlar.

Görünür, “Stratfor" kimi “beyin mərkəzləri” buna bənzər olayları nəzərə alaraq, Ermənistan nümayəndəsinin KTMT-yə baş katib seçilməsi işinin ciddi maneələrlə qarşılaşacağını proqnozlaşdırırlar. Bütövlükdə bu cür vəziyyət Ermənistanın 2017-ci ildə təhlükəsizlik sahəsində KTMT-dən əhəmiyyətli dəstək ala bilməyəcəyini göstərir. Rəsmi İrəvan yarıtmaz xarici siyasət kursu ilə KTMT-dəki tərəfdaşlarının belə hörmətini qazana bilməyib. Belə çıxır ki, 2017-ci ildə İrəvanın bu istiqamətdə ciddi problemləri meydana çıxa bilər.

Çünki Azərbaycan tərəddüd etmədən ərazi bütövlüyünü bərpa etmək istiqamətində qətiyyətli addımlarını atmaqda davam edəcək. Bakının İrəvana olan təzyiqləri bütün sahələr üzrə yüksələn xətlə gedəcək. Buna qarşılıq mövqeyi ədalətli olmayan Ermənistan tutarlı addım ata bilməyəcək. KTMT isə hərbi yardım göstərməyəcək. Bununla da Ermənistan ordusu güclü rəqibi ilə üz-üzə qalmalı olacaq. Azərbaycan tərəfi daim vurğulayır ki, işğalçılar ərazilərimizi tərk etməsələr, yeni uğurlu hərbi əməliyyatlara baş vura bilər.

“Stratfor”un təhlili də rəsmi Bakının bu mövqeyində tam haqlı olduğunu bir daha təsdiqləyir. Heç bir ciddi faktor Ermənistana haqq qazandırmır. Əksinə, konkret gedişat göstərir ki, İrəvanın ən yaxın tərəfdaşları belə onu haqsız əməlində dəstəkləmək fikrində deyillər. Ermənistan rəhbərliyinin bütövlükdə dünyada cərəyan edən prosesləri bir daha təhlil edib, ağlını başına toplaması lazım gəlir. İndi beynəlxalq birlik İsrail kimi güclü bir dövlətdən Fələstin məsələsində anlayış tələb edirsə, İrəvan nəyə ümid edə bilər? Bu suala erməni müxalifəti sıralarında da cavab axtaranlar vardır. Ancaq İrəvan onu ciddiyə almasa, ən çox itirən erməni xalqı olacaq.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub