Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan: çaşqın, böhtançı və ədalətsiz mövqedə

Ermənistan: çaşqın, böhtançı və ədalətsiz mövqedə

Son günlər cəbhə xəttində erməni təxribatlarının artmasına ekspertlər adi hal kimi baxmırlar. Onlar hesab edirlər ki, bu, Ermənistanın daxili və xarici siyasətinin uğursuzluğunun növbəti nəticələrindən biridir. Ölkə əhalisi ağır vəziyyətdə yaşayır. Hökumət dəyişikliyi heç bir müsbət nəticə verməyib. Həyat səviyyəsi daha da aşağı düşüb və insanlar Ermənistanı tərk edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur. Xarici siyasət daha bərbad vəziyyətdədir. Rəsmi İrəvan bütün istiqamətlərdə iflasa düçar olub. Xüsusilə Avropa İttifaqı məsələsi xeyli kəskinləşib. Qərb İrəvandan qəti seçim etməsini istəyir – ya Aİ, ya da Aİİ. Erməni rəhbərliyi isə müstəqil addım ata bilmədiyindən “gah nala vurur, gah da mıxa”. Bu vəziyyətə düşənlərdən biri də Nalbandyandır.

Növbəti yalan: alman jurnalistin “çətin” sualları və erməni nazir

Erməni siyasətinin riyakarlığı heç kəsə sirr deyil. Burada qeyri-adi bir şey də yoxdur. Ənənəvi olaraq ermənilər başqalarını daim günahkar, özlərini isə “aydan arı, sudan duru” xalq kimi təqdim etməyə çalışırlar. Ermənistan Dağlıq Qarabağa təcavüzə başlayandan bu yana isə onların şər və böhtanları sərhəd tanımır. Hətta bir sıra hallarda o dərəcədə ədalətsiz və haqsız fikirlər söyləyirlər ki, bunu doğrudanmı insan övladının danışdığına şübhə edirsən.

Son zamanlar Ermənistan qlobal geosiyasətdə özünü göstərən ziddiyyətlərin təsiri altında və himayədarlarının təhriki ilə münaqişə zonasında vəziyyəti daha da gərginləşdirməyə çalışır. Həmişə olduğu kimi, bu dəfə də başqasını ittiham etməyə cəhd göstərir. Xarici işlər naziri Edvard Nalbandyan “Alman dalğası” agentliyinə verdiyi müsahibədə bunun növbəti nümunəsini göstərib. Orada həqiqətə uyğun bir fikrə belə rast gəlməzsən.

Hər cümlə məntiqi hoqqabazlığın diplomatik ibarəsindən başqa bir şey deyildir. Tez-tez “peşəkar diplomat” jurnalisti sual verməkdə ittiham edir. Tələb edir ki, sualı Ermənistana sərf edən kontekstdə versin. Lakin alman jurnalist peşəkarcasına erməni nazirin bu yalan yolunu bağlayır və ədalətli suallar verməkdən çəkinmir (bax: Глава МИД Армении в программе “Немцова. Интервью”: почти треть торговли идет с ЕС / “dw.com”, 20 fevral 2017).

E.Nalbandyan nəinki beynəlxalq əməkdaşlığın prinsiplərini təhrif edir, hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl məzmununu da kobud şəkildə təhrif edir. O, jurnalistə qəzəblənərək “ərazi mübahisəsi” terminini işlətməməyi tələb edir və əsas problemin insan haqları olduğunu kəkələyir. Maraqlıdır, nazir statusunda olan bir adam bu dərəcədə sadəlövh ola bilərmi? Çünki insan haqlarından danışan kəs “Dağlıq Qarabağdan və Ermənistandan deportasiya olunan yüz minlərlə azərbaycanlının haqlarını niyə tapdaladınız?” sualına cavab verməyi bacarmalıdır.

Ermənistan silahlı quldur dəstələrinin Azərbaycan torpaqlarında hansı haqla qaldığını izah etməlidir. E.Nalbandyan nəinki bunu izah etmir, hətta həmsədrlərin təkliflərini belə utanmadan təhrif edir. O iddia edir ki, Azərbaycan həmsədr dövlətlərin irəli sürdüyü şərtləri qəbul etmir. Guya orada birinci yerdə güc tətbiq etməmək, sonrakı yerdə isə öz müqəddəratını təyinetmə hüququ məsələsi var. Ərazi bütövlüyü yalnız sonuncu yerdədir. Bunlar da ondan qaynaqlanır ki, Azərbaycan erməniləri yaşadıqları müxtəlif rayonlarında qırıb (bax: əvvəlki mənbəyə).

Yoxsa Ermənistan Qarabağı işğal etməzdi. Bu nağılların zamanının çoxdan keçdiyini bu erməni nazir hələ də dərk etməyib. Rəsmi sənədlərin hər birində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi birmənalı göstərilib. Məsələn, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində. Həm də konkret bölgələrin adı çəkilməklə göstərilib. Sonra münaqişənin həlli ilə bağlı Helsinki xartiyası və Madrid prinsipləri vardır. Orada aydın qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Bundan başqa, Dağlıq Qarabağ əhalisindən danışanda, burada azərbaycanlıların köklü yaşadığı faktını heç yerdə gizlədə bilməzsən. Həmin insanlar öz yurdlarından qovulublar. Onlar geri qayıtmayana qədər hansısa Dağlıq Qarabağ əhalisindən danışmaq absurd və olduqca ədalətsiz, qəbul edilməyən iddiadır. Əlavə olaraq, BMT-nin Nizamnaməsində konkret maddə də var: bir ölkə başqasının təcavüzünə məruz qalıbsa, müdafiə olunmaq haqqı var və hətta BMT üzvləri də bu işdə ona yardım etməlidirlər!

Real faktdır ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisində torpaq zəbt edib. Dağlıq Qarabağın bütün ərazisi və ora aidiyyəti olmayan 7 rayon! Deməli, haqları pozulan varsa, o da azərbaycanlılardır. Bu səbəbdən Azərbaycan həm dövlət kimi öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir, həm də cəmiyyət olaraq öz haqlarının təmin edilməsini tələb etməyə əsası vardır.

Bu məqamları oxucuların gözündən gizlətmək mümkün deyildir. Ona görə də E.Nalbandyanın müsahibəsi, əslində, jurnalistika ilə yanaşı, diplomatiyaya da təhqirdir. Çünki başdan-ayağa yalanla, uydurmalarla, böhtanla doludur. Son günlər cəbhə xəttində baş verənlər də bu fikri bir daha təsdiq edir.

Hərbi təxribat və geosiyasi tərəddüd: rəsmi İrəvanın məntiqsiz davranışları

Ermənilər növbəti dəfə Azərbaycanın mövqelərinə geniş miqyasda hücum edərək təxribat törədiblər. Qəhrəman Azərbaycan Ordusu düşmənin dərsini verib. Ermənistan silahlı qüvvələri ağır itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu onların daimi atəş nöqtəsini darmadağın edib, pilotsuz uçuş aparatını vurub. Lakin yenə də erməni mətbuatı və siyasi dairələri Azərbaycanı günahlandırmağa çalışırlar. Onlar Azərbaycan Ordusunun hücum etdiyini, ancaq ermənilərin ciddi müqavimətinə rast gəldiyini deyirlər.

Bu ağ yalan, əslində, Ermənistanın növbəti geosiyasi çaşqınlığının məntiqi nəticəsidir. Məsələ belədir ki, Avropa Ermənistan rəhbərliyini Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olduğuna görə, hələ də qınayır. Jurnalist Janna Nemtsova da Edvard Nalbandyana verdiyi suallarda bunu ifadə edib. Eyni zamanda, həm Qərb, həm də Rusiya ilə geosiyasi müttəfiq olmaq rəsmi İrəvanın qabiliyyəti daxilində deyil. Hamı bilir ki, Ermənistan tamamilə Rusiyadan asılı olan forpostdur. Ermənistanın hakim dairələrinin müstəqil qərar qəbul etmək ixtiyarı yoxdur. Fevralın 22-də E.Nalbandyanın Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransı da bunu bir daha təsdiqlədi.

Belə ki, Rusiyanın xarici işlər naziri özünü situasiyanın tam hakimi kimi aparıb, verilən sualları sırf Moskvanın maraqları aspektində cavablandırıb. E.Nalbandyan isə susaraq onunla razılaşdığını ifadə edib (bax: Выступление и ответы на вопросы СМИ Министра иностранных дел России С.В.Лаврова в ходе совместной пресс-конференции по итогам переговоров с Министром иностранных дел Армении Э.А.Налбандяном / "mid.ru", 22 fevral 2017).

Onu da nəzərə alaq ki, erməni təxribatı həm Rusiyada nazirlərin görüşlərindən sonra, həm də Azərbaycan Prezidentinin Pakistana İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) tədbirində iştirak etmək üçün edəcəyi səfər öncəsi baş verib. Buradan hansı nəticəni çıxarmaq olar? Məntiqi olaraq, belə düşünə bilərik ki, ermənilər və havadarları əvvəlcədən belə bir təxribat hazırlayıblar ki, Azərbaycanın müstəqil xarici siyasətinə əngəl törətsinlər.

Konkret olaraq, göstərsinlər ki, istədikləri zaman aranı qata bilərlər. Ancaq Azərbaycan da hər dəfə onlara anladır ki, indi vəziyyət keçən əsrin 90-cı illərində olduğu kimi deyil. Yəni, heç kəs Azərbaycanla təzyiq dilində danışa bilməz. Hər erməni təxribatının qarşısının alınması düşmənlərə məhz bu cavabın verilməsi deməkdir.

Bütün bunların geosiyasi konteksti bizim üçün daha maraqlıdır. Belə ki, Ermənistan ətrafında dairənin getdikcə daraldığını aydın hiss edir. Rəsmi İrəvan düşdüyü bu acınacaqlı vəziyyətdən xilas olmaq üçün xarici siyasətdə məntiqsiz addımlar atır. Onların heç bir tutarlı arqumenti olmadığından əsas olaraq emosional məqamlara üstünlük verirlər. Bunu da ciddi adamlar qəbul edə bilməz.

Əslində, ermənilərin bir real xilas yolu var. Ön şərtsiz Azərbaycan torpaqlarından rədd olub, çıxsınlar və buna uyğun olan beynəlxalq hüquqi şərtlərə əməl etsinlər. Yalnız bundan sonra rəsmi Bakı İrəvanla əlaqəli hansısa qərar verə bilər. İşğalçı zəbt etdiyi torpaqları tərk etməyincə, Ermənistanın bütün cəhdləri puç olacaq. Bunu İrəvanda və onun havadarlarının paytaxtlarında artıq dərk etsələr, xeyirlərinə olardı!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub