Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan: defolt və geosiyasi “tənbəllik” məngənəsində

Ermənistan: defolt və geosiyasi “tənbəllik” məngənəsində

Mütəxəssislər son zamanlar qlobal geosiyasi miqyasda baş verən sürətli hadisələrin arxasında dayanan məqamları təhlil edirlər. Analizlər göstərir ki, bütövlükdə dünyanın siyasi mənzərəsi dəyişir. Dövlətlərarası münasibətlər daha həssas məqamlarla zənginləşir. Bunun fonunda xarici siyasət də çevik olmalı və müasir çağırışlara cavab verməlidir. Ermənistanın siyasi rəhbərliyinin atdığı addımların təhlili təsdiq edir ki, rəsmi İrəvan xeyli fərqli mövqedədir. Ermənistan faktiki olaraq müasir şəraitə zidd olan, qeyri-çevik və səbatsız siyasət yeritməkdədir. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi illə bağlı Ermənistan rəhbərliyinin tutduğu mövqe narahatlıq doğurur. Burada hələ də köhnə stereotiplərdən xilas ola bilməyiblər. Absurd məqsədlər uğrunda səmərəsiz fəaliyyət göstərməkdədirlər. Bu isə Cənubi Qafqaz üçün risk faktoru yaradır. Hər an müharibə alovlana bilər.

Tənəzzül: iqtisadi geriləmə və siyasi çıxılmazlıq

Ermənistanda defoltdan danışmağa başlayıblar. Onun xarici borcları ödəyə bilmək imkanlarını itirməkdə olduğunu vurğulayırlar. Hökumət sərmayə qoyuluşu ilə bağlı proqramları yarıya qədər ixtisar edib. Yaranmış vəziyyətdən çıxmaq üçün ümumi daxili məhsulun həcmi 7-8% artırılmalıdır. Lakin proqnozlara görə, Ermənistanda bu göstərici sıfıra yaxınlaşacaq. Deməli, işsizlərin sayı yenidən artacaq. Bu, ölkəni yüz minlərlə insanın tərk etməyə məcbur qalması deməkdir. Rəsmi məlumata görə, ötən il Ermənistanın xarici borcları 789 milyon ABŞ dolları artaraq, bütövlükdə 5 milyard dollardan çox olub. 2017-ci ildə isə bu rəqəmin 6 milyard 277 milyon ABŞ dolları olacağı gözlənilir. Ötən ildə Ermənistandan ən çox sərmayə çıxarışı Rusiyaya olub – 55,3 milyard dram. İkinci yerdə Livandır – 12,7 milyard dram. Bunun qarşılığında Rusiyadan Ermənistana olan maliyyə transferləri 2 dəfə azalıb. Lakin Ermənistan daha çox Ümumdünya Bankı, Dünya Valyuta Fondu və s. kimi beynəlxalq strukturlara borcludur (bax: Наира Айрумян. В Армении заговорили о дефолте / “Lragir.am”, 2 dekabr 2016).

Bu proseslər Ermənistanla bağlı iki məsələni aktuallaşdırıb. Birincisi, rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqına daxil olması ölkəyə Rusiyadan sərmayə qoyuluşunu artırmayıb. Əksinə, Ermənistandan Rusiyaya kapital axını artıb, ölkə daxilinə isə bu proses azalıb. Səbəb nədir? Bu, rəsmi İrəvanın xarici siyasət strategiyasının yararsızlığının göstəricisidirmi? İndi erməni ekspertlər bu suallara cavab axtarırlar. Onlar hesab edirlər ki, Ermənistanın siyasi rəhbərliyi geosiyasi xətti düzgün seçmədiyindən, ölkə iflasa doğru gedir.

İkincisi, Ermənistanın məhz Qərb maliyyə strukturlarına borclanması arxasında hansı məqamlar dayanır? ABŞ başda olmaqla Qərb dövlətləri bu asılılıqdan istifadə edib, Ermənistanı xaosa sürükləyə bilərmi? Bu variant istisna edilmir. Təcrübə göstərir ki, Qərb həmin taktikadan məharətlə yararlana bilir. Getdikcə daha çox borcu olan İrəvana təzyiqləri artırıb, onu Rusiyaya qarşı qaldıra bilərlər. Təbii ki, Moskva buna cavab verəcək və nəticədə, regionda hərbi gərginlik meydana çıxa bilər. Bu o deməkdir ki, İrəvanın apardığı siyasət bütövlükdə Cənubi Qafqazı növbəti dəfə təhlükəli vəziyyətlə üz-üzə qoya bilər.

Bu kontekstdə məsələ həm də ondan ibarətdir ki, Ermənistan rəhbərliyi qlobal miqyasda gedən mühüm geosiyasi proseslərdən adekvat nəticə çıxara bilmir. Müşahidələr göstərir ki, onun addımlarının arxasında yalnız özünün qəsbkar, xudbin və son dərəcə eqoist istəklərinin ödənilməsi dayanır. Başqa dövlətlərin haqqına hörmət məqamı erməni siyasətində qətiyyən mövcud deyil. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi İrəvanın son zamanlar söylədiyi fikirlərdə daha qabarıq şəkildə özünü büruzə verir. İndi Ermənistan kimi – hakimiyyət dəyişikliyi baş verən ABŞ-ı, yaxud ənənəvi müttəfiqi sayılan Rusiyanımı ağa seçmək məsələsi üzərində baş sındırır. Bir tərəfdən Rusiyanın hərbi çətiri altında gizlənərək, özünü təhlükəsiz hiss etməyə çalışır, digər tərəfdən isə yalançı demokratiyadan dəm vuraraq, Amerikanın yeni prezidentinin komandasında özünə himayədar axtarır.

Bu bağlılıqda erməni mətbuatının ABŞ-ın yeni vitse-prezidenti M.Penslə S.Sarkisyanın telefon danışığını şərh etməsi maraq doğurur. Həmin danışıqda hər hansı ciddi məsələ faktiki olaraq müzakirə edilməyib. Vaşinqton ənənəvi olaraq münasibətlərin inkişaf etdirilməsi zərurətini vurğulayıb (bax: Акоп Бадалян. Новая администрация США сформулировала задачу Армении / "Lragir.am", 2 dekabr 2016).

Bu, diplomatiyada adi haldır, çünki heç bir dövlət hansısa ölkə ilə əməkdaşlıq etmək fikrində olmadığını bəri başdan bəyan etməz. O başqa məsələdir ki, konkret siyasətə gəldikdə, meydana çoxlu sayda şərtlər çıxır. Ermənistanla bağlı situasiyada isə Vaşinqton erməni rəhbərliyinin aparacağı siyasətdən asılı olaraq İrəvanla əlaqələrə baxacaq.

Yeniləşən dünyada: Ermənistan köhnə bataqlıqda

Ermənistan üçün vəziyyəti qəlizləşdirən məqam onun Rusiya və İranla çox yaxın olmasıdır. Məlumdur ki, bütövlükdə Qərbdə həmin ölkələrlə əməkdaşlığa elə də maraq göstərilmir. D.Trampın vəzifələrə təyin etmək istədiyi kadrlar sırasında isə "qırğılar" əksəriyyət təşkil edir və onlar artıq antirusiya xarakterli bəyanatlar verməkdədirlər. Bu halda Rusiyanın Cənubi Qafqazdakı forpostuna Amerika hörmətlə yanaşarmı? Mümkün deyil.

Rəsmi Vaşinqton ancaq öz maraqlarına uyğun gələn məqamlarda Ermənistandan oyuncaq kimi istifadə etməyə çalışacaq. Bu cür siyasət isə davamlı olmur, üstəlik, Ermənistanın maraqlarının ödənməsindən söhbət gedə bilməz. Erməni ekspertlərin “Amerika Ermənistanın yeni vəzifələrini müəyyənləşdirdi” kimi ifadələr işlətməsi məhz bu köləliyin, asılılığın və başqasının əmrinə tabeçiliyin əlamətidir. Şərəfi və ləyaqəti olan heç bir müstəqil dövlətin analitiki, yaxud eksperti belə fikir ifadə etməz.

Dağlıq Qarabağ münaqişəsinin həllinə də erməni siyasətçilər və ekspertlər həmin asılılıq mövqeyindən yanaşırlar. Ermənistan prezidentinin mətbuat katibinin söylədiyi bir fikrə münasibət bunu bir daha təsdiq edir. V.Akopyan erməni jurnalistə deyib ki, Dağlıq Qarabağ ətrafında olan ərazilər qaytarıla bilər, lakin əvvəlcə “dqr”in statusu müəyyənləşməlidir.

Əslində, Akopyan yeni heç nə deməyib və deyə də bilməz. Bu, onun səlahiyyətləri daxilində deyil. Burada erməni ekspertlər, ümumiyyətlə, “ərazi güzəşti” adlandırdıqları hadisənin qəbuledilməzliyini vurğulayırlar. Onlar o dərəcədə ədalət hissini itirib regionun siyasi coğrafiyasının reallıqlarını unudublar ki, işğal altında olan rayonları öz dədə-baba torpaqları hesab edirlər. Bu illüziya altında gah Amerikadan, gah da Rusiyadan mədəd umurlar. Bu mövqedə də onlar sabit qala bilmirlər. Deyək ki, Rusiya “İskəndər” raketlərini Ermənistana yerləşdirəndə ermənilər Azərbaycana hədə-qorxu gəlir, pafosla danışırdılar ki, indi ölkənin müdafiəsi təminatlıdır. İndi isə Rusiyanın Ermənistanın əl-qolunu bağladığından dəm vururlar.

Ermənistanın reallıqda öz “əl-qolu” da yoxdur. O, nə edirsə, xaricdəki havadarlarının əmrləri ilə edir. Sonra isə, rəsmi İrəvan Rusiyanın regiondakı roluna konkret mövqe bildirə bilmirsə, onunla etibarlı tərəfdaş kimi münasibətləri kim qura bilər? Çünki gizli deyil ki, məhz Rusiya Cənubi Qafqazda erməni dövlətini yaratdı. İndi buna nankor münasibət yaranıbsa, Ermənistan, ümumiyyətlə, kimsə ilə dost ola bilməz – o, mövqeyini daim dəyişəcək, bir cəbhədən başqasına keçməyə çalışacaq.

Təbii ki, bu cür marginallıq pisdir, qəbuledilməzdir. Çünki onu yeridən istənilən dövlət daim xaos, qeyri-müəyyənlik, risk mənbəyi olaraq qalır. Ermənistan da hazırkı mərhələdə birbaşa həmin rolu oynayır. Bu bağlılıqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşəbbüsün gah Fransa, gah Rusiya, gah da ABŞ-ın əlinə keçməsindən bəhs etmək ya situasiyanı real qiymətləndirə bilməməkdir, ya da siyasi-ideoloji blefdir, yəni bu cür uydurmalarla danışıqlar prosesini konkret nəticə olmadan uzatmaq arzusundan qaynaqlanan haldır. Belə çıxır ki, Ermənistan rəhbərliyi münaqişənin həllində obyektiv mövqeyə gəlməkdən uzaqdırlar. Bu da regionda savaş riskinin hələ də yüksək olduğunu göstərir.

Hətta onun daha həssas bir vəziyyətə gəldiyini deyə bilərik. Dünyada geosiyasi proseslərin sürəti və mürəkkəbliyinin intensivləşdiyi bir mərhələdə Ermənistan rəhbərliyi heyrətedici konservatizm, qeyri-çeviklik, siyasi naşılıq nümayiş etdirir, hadisələrə yöndəmsiz reaksiya verir. Ermənistanın siyasi qeyri-çevikliyi ilə ümumi mənzərə arasında ziddiyyətlərin olması bir nöqtədə partlayışın labüdlüyünü şərtləndirir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir