SİYASƏT


Ermənistan minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir VİDEO

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi oktyabrın 30-da axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində minaatanlardan və qumbaraatanlardan istifadə edərək atəşkəs rejimini pozması ilə əlaqədar açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açıqlamada deyilir: “Oktyabrın 30-da axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin “AQS-17” tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.