SİYASƏT
Ermənistan ordusunun bölmələri atəşkəs rejimini yenə də pozublar VİDEO
Bakı, 26 avqust (AZƏRTAC). Ermənistan ordusunun bölmələri avqustun 26-da gecə Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.