SİYASƏT
Ermənistan silahlı birləşmələri atəşkəs rejimi sutka ərzində ümumilikdə 68 dəfə pozublar VİDEO
Bakı, 29 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 68 dəfə pozulub.
Ermənistan ordusunun bölmələri iyulun 28-də və 29-da gecə Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Qorqan, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.