SİYASƏT
Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozmaqda davam edirlər VİDEO
Bakı, 15 mart (AZƏRTAC). Ermənistan ordusunun bölmələri martın 14-də və 15-də gecə Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.