SİYASƏT
Ermənistan silahlı birləşmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozmuşlar VİDEO
Bakı, 25 aprel (AZƏRTAC). Ermənistan ordusunun bölmələri aprelin 24-də və 25-də gecə Ermənistanın Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin Azərbaycan Respublikasının Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.