SİYASƏT
Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulmuşdur VİDEO
Bakı, 11 iyul (AZƏRTAC). Ermənistan ordusunun bölmələri iyulun 10-da və 11-də gecə Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.