SİYASƏT
Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 20 dəfə pozulmuşdur VİDEO
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 20 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri iyulun 1-də və 2-də gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalmışdır.
Ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili, Şıxlar, Şuraabad, Cəvahirli, Füzuli rayonunun Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.