SİYASƏT
Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulmuşdur VİDEO
Bakı, 11 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri iyunun 10-da və 11-də gecə Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Nəmirli, Şıxlar, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.