SİYASƏT
Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulmuşdur VİDEO
Bakı, 14 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri iyulun 13-də və 14-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutmuşlar.
Ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Mərzili, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.