ORDU
Ermənistan silahlı qüvvələri aprelin 27-dən 28-nə keçən gecə Əfətli kəndinə 60-dək mərmi atıb
Ağdam, 29 aprel, AZƏRTAC
Aprelin 29-da cəbhəboyu zonada səfərdə olan yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Ağdam rayonunun Əfətli kəndində dağıntılarla və “Qara inək” fermer təsərrüfatına dəymiş ziyanla maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, fermer təsərrüfatının rəhbəri Fuad Əyyubzadə aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşləri nəticəsində müəssisəyə ciddi ziyan dəydiyini deyib. Bildirib ki, təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi cins inəklərdən 12-sinin tələf olması, 25 baş iribuynuzlunun yaralanması ilə nəticələnib. Fermadakı sağım avadanlığına və tikililərə də ziddi ziyan dəyib.
Məlumat verilib ki, ümumiyyətlə Əfətli kəndinə 60-dək mərmi düşüb. Kənddə üç ev dağılıb, 20 ev ciddi zərər çəkib, bir mülki şəxs yaralanıb. Həmin sakin hazırda Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]