ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:35]
Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO
- 26.03.2024 [13:26]
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır VİDEO
- 24.03.2024 [12:17]
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib VİDEO
- 23.03.2024 [16:14]