CƏMİYYƏT


Ermənistan vətəndaşı Azərbaycana keçərkən saxlanılıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Dövlət Komissiyası H.Agentsyana baş çəkməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsini məlumatlandırıb.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.