SİYASƏT


Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını təsdiq etdi VİDEO

Bakı, 17 may, AZƏRTAC

Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimizi və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Müdafiə Nazirliyi tərəfindən bu gün səhər saatlarında rəsmi məlumat verilib.

Videonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni zamanda, yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq edib.

Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən atəş nəticəsində dinc əhali, Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur və döyüş texnikasına ziyan dəyməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.