DÜNYA


Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Artıq beş gündür ki, bir qrup silahlı şəxs Yerevanın ən böyük rayonu olan Erebunidəki polis alayının binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Jirayr Sefilyanın azadlığa buraxılmasını, hökumətin isə istefaya getməsini tələb edirlər. Qiyamçıların ərzaq ehtiyatı tükəndiyindən vəziyyətlərinin yaxşı olmadığı bildirilir. Ələ keçirilən post-patrul xidməti alayının qarşısına toplaşan 200-dək ictimai fəal silahlıların ərzaqla təmin olunmasını tələb edib. Üsyançıları zərərsizləşdirmək üçün əraziyə əlavə polis qüvvələri gətirilib.

İyulun 20-də baş verən qanlı qarşıdurmada iştirak edən fəalların həbsi də davam edir. “İrs” partiyasının yaydığı bəyanatda deyilir ki, Ermənistan hakimiyyəti bu dəfə də vətəndaşların etirazını zor gücünə boğmağa çalışır. Müxalif qüvvələr silahlı mübarizədən başqa yolları qalmadığını bildiriblər. Qeyd edilir ki, ölkə rəhbərliyinin siyasətində ziddiyyətlər kifayət qədərdir və onların aradan qaldırılması üçün heç bir addım atılmır. Əksinə, yeni problemlər meydana çıxır. Ona görə də “Yeni Ermənistan” hərəkatı daha sərt mövqe tutmaq qərarına gəlib. Fəallar Ermənistandakı ağır vəziyyəti ancaq silahlı üsyan yolu ilə dəyişə biləcəklərini düşünürlər. Etirazçılar Sarkisyan hökumətini rüşvətxorluqda, korrupsiya əməllərində, hakimiyyəti zəbt etməkdə günahlandırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.