DÜNYA


Ermənistanda iqtisadi tənəzzülün qarşıdakı illərdə də davam edəcəyi proqnozlaşdırılır

Bakı, 31 dekabr, AZƏRTAC

Ermənistanda iqtisadi tənəzzül qarşıdakı illərdə də davam edəcək. Pul ehtiyatlarının, transfertlərin həcminin azalması nəticəsində ölkənin daha böyük problemlərlə üzləşəcəyi proqnozlaşdırılır.

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan ölkədəki ağır həyat şərtlərindən danışıb. O deyib ki, məhz hakimiyyətin səriştəsizliyi üzündən Ermənistanda əhalinin sosial vəziyyəti gündən-günə çətinləşir. Artıq ölkə məhv olmaq həddindədir.

Sabiq baş nazir Ermənistan iqtisadiyyatında növbəti ildə də dirçəliş gözlənilmədiyini deyib. Bildirib ki, hökumət tərəfindən bütün faktlar formal olaraq kağız üzərində göstərilir. Daxildə isə tamam başqa ab-hava hökm sürür. Hazırda Ermənistan iqtisadi cəhətdən geriləmə cədvəli üzrə MDB dövlətləri arasında son pillələrdə qərarlaşıb. Qiymətli kağızları sabit saxlamaq məqsədilə xaricdən vəsait alınır. Bu belə problemləri azaltmır. Əksinə, əhali əziyyət çəkir, məhrumiyyətlərlə üzləşir, borclar isə artır. Çünki Ermənistanın pul ehtiyatları hər il azalır. Bununla yanaşı, transfertlərin həcmi də bir neçə dəfə aşağı düşüb.

Qrant Baqratyan hesab edir ki, bütün bunlar ölkənin tənəzzülü ilə nəticələnəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.