DÜNYA
Ermənistanda korrupsiya halları artıb
Bakı, 23 sentyabr, AZƏRTAC
“Transparency International”ın məlumatına görə, Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Təşkilatın işğalçı ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən yarımillikdə də azalmayıb, əksinə artıb. Bu xoşagəlməz halla bağlı mübarizə tədbirləri hələ də kağız üzərindən əməli işə keçməyib.
Vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər küllü miqdarda rüşvət ödədiklərini deyirlər. Onların hökumətə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı fakt var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər. Məlumatda Ermənistan prezidentinin qardaşı Aleksandr Sarkisyanın iş adamlarından gəlirlərin yarısını aldığı da vurğulanır.