DÜNYA


Ermənistanda müxalifətin nümayişi dağıdılıb

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

Ermənistan hüquq mühafizə orqanlarının əməkdaşları post-patrul xidməti alayı binasının yaxınlığına cəmləşmiş müxalifətin nümayişçilərini dağıdıblar.

AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı təxminən 50 nəfər, o cümlədən "İrs" müxalifət partiyası sədrinin müavini Armen Martirosyan saxlanılıb. "Azadlıq" radiosunun erməni xidmətinin jurnalistləri döyülüblər.

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib ki, hadisələr zamanı təxminən 30 nəfər xəsarət alıb, yaralıların dəqiq sayı müəyyən deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.