DÜNYA


Ermənistanda partlayış: hadisə yerində iki mina tapılıb

Bakı, 3 avqust, AZƏRTAC

Dünən Yerevanda partlayış nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada ölüb, hadisə yerində iki mina tapılıb.

AZƏRTAC xəbər verir ki, RİA Novosti informasiya agentliyinin Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla yaydığı məlumata görə, avqustun 2-də axşamdan xeyli keçmiş Yerevanın Davidaşen məhəlləsindəki yaşayış binalarının birində baş vermiş partlayış zamanı iki nəfər xəsarət almışdı. Onlardan biri – 32 yaşlı kişi aldığı yaralardan xəstəxanada ölüb, 20 yaşlı digər şəxsin vəziyyəti isə çox ağır qiymətləndirilir.

Partlayış yerində biri hissələrə ayrılmış vəziyyətdə olan iki mina aşkarlanıb. Hadisənin səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.