DÜNYA


Ermənistanda son girovlar da azad edilib

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

Silahlı qruplaşma üzvlərinin Yerevanda post-patrul xidməti polkunun ərazisində saxladıqları son girovlar da azad edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı qruplaşmanın əlində qalan son iki girovun – Ermənistan polis rəisinin müavini general-mayor Vardan Yegizaryanın və Yerevan şəhər polis rəisinin müavini polkovnik Valeri Osipyanın azad olunması faktını təsdiqləyib.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.