DÜNYA


Ermənistanda vergi işçisi İran vətəndaşını oğurlayıb

A+ A

Tbilisi, 7 oktyabr, AZƏRTAC

Ermənistanda vergi işçisi İran vətəndaşını oğurlayıb. Polisin müdaxiləsindən sonra qaçırılan şəxs azad edilib.

Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin Dövlət Gəlirləri Komitəsinin vergilər üzrə əməkdaşı başqa bir silahdaşı ilə birlikdə gecə saatlarında Kotayk rayonunun Mayakovski kəndindəki fermanın yanında İran vətəndaşını avtomobilə oturdaraq qaçırıblar.

Cinayətlə bağlı polisə Kotayk şəhərinin sakini, qaçırılan şəxsin dostu Abovyan məlumat verib.

Polisin məlumatına görə, komitə əməkdaşı İran vətəndaşını naməlum istiqamətə apararaq onu öldürməklə hədələyib.

Polis vergi işçisinə zəng edərək girovu azad etməyi tələb edib. Danışıqlardan sonra oğurlanmış İran vətəndaşı azadlığa buraxılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mətbuatın yazdığına görə, son vaxtlar Ermənistanda adam oğurluğu, xüsusən də xarici ölkə vətəndaşlarının qaçırılması, qətli, qarət olunması və zorlanması faktları artıb.

Polis bu cür hallara qarşı mübarizə apara bilmir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.