DÜNYA


Ermənistanda yeni etiraz dalğası gözlənilir

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Ermənistanda vətəndaş qüvvələri iyulun 17-də post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvlərinin azadlığa buraxılmasını tələb edirlər. Əks təqdirdə ölkədə yeni inqilab dalğasının başlayacağı bildirilir.

Paytaxt Yerevan artıq mitinqlərin mərkəzinə çevrilib. Ölkə inqilabın astanasındadır. “Təsis parlamenti” hərəkatının üzvləri hökuməti Ermənistandakı özbaşınalıqlara son qoymağa çağırıb. Hərəkatın yaydığı bəyanatda deyilir ki, ölkədə bütün sahələr tənəzzülə uğrayıb. İstər iqtisadi, istərsə də siyasi baxımdan Ermənistan durğunluq dövrünü yaşayır. Əhalinin güzarını olduqca ağırdır, əməkhaqqı aşağıdır. Ermənistanda heç bir sahədə dünya bazarına çıxış mümkün deyil. Ölkədə prioritet elan edilən və böyük ümidlərin bağlandığı sahələri də böhran bürüyüb. Bu səbəblərdən də “Təsis parlamenti” hərəkatını yaradan qüvvələr hökumətin istefasını istəyirlər. Mitinqdə post-patrul xidməti alayının binasını ələ keçirən “Sasna srer” qrupunun üzvlərinin azadlığa buraxılması isə əsas tələb kimi qoyulub.

Qeyd edək ki, Ermənistanda baş prokurordan sonra polis sistemində də istefalar başlayıb. Yerevan şəhər polis idarəsinin rəisi Aşot Karapetyan vəzifədən azad edilib. İyulun 17-də baş verən üsyanın qarşısını ala bilmədiyi üçün bir neçə yüksək çinli polis əməkdaşı isə intizam cəzasına məruz qalıb və şiddətli töhmət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.