SİYASƏT


Ermənistanın Azərbaycana qarşı terrorçu fəaliyyəti Türkiyədə kəskin etiraza səbəb olub

İstanbul, 8 iyul, АZƏRTAC

İyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın vəhşicəsinə qətlə yetirilməsi Türkiyə ictimaiyyətinin kəskin etirazına səbəb olub. İctimai təşkilatlar, ziyalılar, ayrı-ayrı sənət adamları, o cümlədən sıravi vətəndaşlar müxtəlif formalı aksiyalarla təcavüzkar tərəfin azğınlığına öz etirazlarını ifadə ediblər.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İzmirdəki Azərbaycan Kültür və Dayanışma Dərnəyinin (AKDD) sədri Mülazim Pahsa, Dünya Qarapapaq Türkləri Birliyinin (AQTB) sədri Seyfullah Türksoy və başqalarının imzası ilə ermənilərin törətdikləri qanlı hadisələri pisləyən bəyanatlar yayılıb. Bundan başqa, İSTAD-ın bir qrup üzvü Zeynəbiyyə məscidində cümə namaz qılandan sonra İstanbulda dinc etiraz yürüşü keçiriblər. Yürüşçülər Ermənistanın işğalçılıq siyasətinə qarşı kəskin şüarlar səsləndiriblər. AKDD-nin sədri Mülazim Pahsa keçirdiyi mətbuat konfransında erməni vandalların dinc azərbaycanlı əhaliyə divan tutması ilə bağlı yerli KİV nümayəndələrini məlumatlandırıb. Konfransda 2 yaşlı Quliyeva Zəhranın qana boyanmış fotosu nümayiş olunub. “Hər birimiz türkük, hər birimiz Zəhrayıq!” şüarları səsləndirilib.

AQTB-nin sədri Seyfullah Türksoy keçirdiyi mətbuat konfransında bildirib ki, dünya birliyinin Ermənistanın vəhşi hərəkətlərinə kəskin etiraz göstərməməsi işğalçı tərəfi günbəgün azğınlaşdırır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.