DÜNYA


Ermənistanın Baş naziri istefa verib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Ermənistanın Baş naziri Ovik Abramyan öz postunu tərk etmək və prezidentə yeni hökumət formalaşdırmağa imkan vermək qərarına gəlib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Ovik Abramyan istefasının səbəbini geosiyasi, xarici iqtisadi və hərbi diktə ilə bağlı fikir ayrılığında görür. Onun sözlərinə görə, bu şəraitdə problemləri operativ həll etmək mümkün deyil.

Ovik Abramyan yeni hökumətin “görülmüş işlərin əsasında yeni yanaşma ilə cəmiyyəti öz ətrafında birləşdirə” biləcəyini güman edir.

2014-cü il aprel ayının 13-dən etibarən hökumətin başçısı vəzifəsində çalışan Ovik Abramyan, həmçinin prezident Serj Sarkisyanın başçılıq etdiyi Ermənistanın respublika partiyasının sədr müavinidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.