REGİONLAR


Ermənistanın indiyə kimi cəzalandırılmaması vəziyyəti dözülməz həddə çatdırıb

Ağcabədi, 11 iyul, AZƏRTAC

Laçın rayon dindarları iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olması ilə əlaqədar bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyü, respublikamızın ərazisinin 20 faizinin işğal edildiyi, Qarabağın dağlıq hissəsində və ətraf ərazilərdə etnik təmizləmə aparıldığı, dinc sakinlərə qarşı vəhşiliklər həyata keçirildiyi bildirilir. Bəyanatda deyilir: “Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Avropa İttifaqının, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarları hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Beynəlxalq təşkilatların qərarlarına rəğmən işğal hələ də davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Xocalıda, Qaradağlıda və digər yerlərdə faciələr törədən, dinc sakinləri – qadınları, qocaları, uşaqları qətlə yetirən Ermənistanın cinayətkar rejimi öz vəhşiliklərini davam etdirir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə regionda etnik təmizləmə siyasətini həyata keçirən Ermənistanın işğalçı siyasətinə biganə yanaşır.

Ermənistanın indiyə kimi cəzalandırılmaması vəziyyəti dözülməz həddə çatdırıb. Beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın işğalçı və dövlət səviyyəsində Azərbaycana qarşı yeritdiyi terror siyasətinin qarşısı dərhal və qeyd-şərtsiz alınmalıdır.

Biz, Laçın rayon dindarları erməni vəhşiliklərini kəskin pisləyir və terrorçu rejimin liderlərinin tezliklə cəzalandırılmasını tələb edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.