SİYASƏT


Ermənistanın təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparılmalıdır

A+ A

Bakı, 5 iyul, AZƏRTAC 

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi Prezident Vladimir Putinə, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə, Dövlət Dumasının deputatı Genadi Züqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, “Rusiya zabitləri” Ümumrusiya İctimai Təşkilatına məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı narahatlıq ifadə olunub. Rusiyanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən, nasizm, irqçilik, ksenofobiya və dözümsüzlüyü pisləyən qətnamələr xatırladılıb. Bildirilib ki, qətnamələrə qoşulan Ermənistan faşist rejiminə sədaqət andı içən şəxsi qəhrəmana çevirir, onun təbliğatını aparır.

“Biz Ermənistanın bu kimi fəaliyyətindən, faşizmə qalib gəlmək uğrunda həlak olan insanların xatirəsinə göstərdikləri hörmətsizlikdən hiddətlənirik. Ümid edirik ki, siz bu işi nəzarətinizə götürəcəksiniz və hər zaman olduğu kimi, Böyük Vətən Müharibəsində həlak olan insanların əziz xatirəsinə hörmət göstərərək Ermənistanın təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparacaqsınız”, - deyə məktubda qeyd olunub.

Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu da yuxarıda qeyd edilən ünvanlara Yerevanın mərkəzində Ndje Qareginə abidə qoyulmasına etiraz bildirilən məktub göndərib.

Məktubda abidənin açılış mərasimində Ermənistan rəhbərliyinin iştirakı, Ermənistan hökumətinin faşizm ideologiyasını açıq-aşkar təbliğ etməsi qınanılıb. Beynəlxalq ictimaiyyətin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-aşkar meydan oxuduğu diqqətə çatdırılıb. “Biz Rusiya rəhbərliyindən, təşkilat və birliklərdən xahiş edirik ki, mövcud faktı qınasınlar və faşizmin davamçılarının bu hərəkətinə son qoymaq üçün tədbirlər görsünlər”, - deyə məktubda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.