Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistanın tutduğu mövqe bu gün təkcə region üçün deyil, həm də dünya üçün təhlükədir

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sentyabrın 1-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bugünkü durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycanda səfərdə olan Litvanın Jurnalistlər İttifaqının sədr müavini, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytisə geniş müsahibə verib.

Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə xronoloji ardıcıllıqla məlumat verən Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar ki, bunlar da Azərbaycan torpaqlarının mərhələ-mərhələ işğalı ilə nəticələnib.

“Qafqazı işğal etməyi qarşısına məqsəd qoymuş Çar Rusiyası Azərbaycan uğrunda İranla müharibələrə başladı. Nəticədə Şimali Azərbaycan ərazisində yerləşən bütün xanlıqlar Rusiya imperiyası tərəfindən işğal olundu. 1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürüldü. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürüldü”,-deyə Baş nazirin müavini əlavə edib.

Əli Həsənov qeyd edib ki, Çar Rusiyasının və keçmiş Sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. O deyib: “Lakin bütün bunlar onlara bəs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər. Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə deportasiya edilib. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. Bu, deportasiya deyil, əslində etnik təmizləmə idi”.

Məlumat üçün bildirilib ki, 1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə onun ətrafına topladığı ermənilər və ermənipərəst qüvvələr dərhal hərəkətə keçərək çoxdan ürəklərində gəzdirdikləri “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün hazırladıqları planı ortaya qoydular.1986-cı ildə Mixail Qorbaçovun Fransaya səfəri zamanı onun xeyir-duasını alan erməni millətçiləri üçün niyyətlərinin həyata keçirilməsi yolunda indi bircə maneə qalırdı- SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun yeganə azərbaycanlı üzvü olan Heydər Əliyev. Hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrlərdən Heydər Əliyevin bu məsələyə sərt və kəskin münasibətindən xəbərdar olan erməni separatçıları və onların Kremldəki havadarları ilk tədbir kimi, 1987-ci ildə onun tutduğu vəzifədən uzaqlaşdırılmasına nail oldular. 1988-ci ilin fevralında Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ermənilərin əli ilə həyata keçirilən hadisələrdən sonra erməni millətçilərinin əli ilə hədə-qorxu və terror hesabına Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı doğma yurdlarından qovuldu. Qədim Azərbaycan şəhərlərindən olan İrəvan hazırda Ermənistan dövlətinin paytaxtıdır. Bu gün həlli çətinləşmiş Dağlıq Qarabağ problemi məhz elə o vaxtdan başladı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.

Xarici jurnalistin sualını cavablandıran komitə sədri vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər. Bu gün Ermənistan aclıq, səfalətlə üzləşib. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, son 15-20 ildə Ermənistanı bir milyon yarım erməni tərk edib. Çünki bu ölkədəki cinayətkar rejim öz xalqına heç nə vermir. Ermənistan torpaqlarımızı 24 ildir işğal altında saxlayıb, nə əldə edib? Heç nə. Əksinə çox şey itirib.

Əli Həsənov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Nəticədə günahsız insanlar amansızlıqla öldürülüb. O, qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Bu faciəni törədənlərin bu gün Ermənistanda hakimiyyətdə olduqlarını diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu işğalçı ölkənin tutduğu mövqe, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə əməl etməməsi, işğalçılıq siyasətini bu gün də davam etdirməsi təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükədir.

Azərbaycanın Prezidenti İlham Əliyevin müstəqil siyasət yeritdiyini, münaqişənin həllinə sülh yolu ilə nail olmağa üstünlük verdiyini bildirən Əli Həsənov, həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından həyata keçirilən işlər barədə də ətraflı məlumat verərək bildirib ki, ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə 6,1 milyard manat məbləğində vəsait xərclənib. Bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurub. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görülüb. Ümumilikdə indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 94 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 243 min nəfər bu qəsəbələrə köçürülüb.

Bunlarla yanaşı, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın da olduğunu, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun mərhələli şəkildə tədbirlər həyata keçirildiyini bildirən Baş nazirin müavini bu gün Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünlərinin problemlərinin həllini tam üzərinə götürdüyünü, bu sahədə Prezident İlham Əliyev tərəfindən görülən tədbirlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən dünyanın oxşar problemlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirildiyini də diqqətə çatdırıb.

Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə dünyanın diqqət mərkəzindədir. Ölkəmiz, həmçinin təbii resurslarına, yerləşdiyi coğrafi mövqeyinə görə tanınır, sevilir. Azərbaycan bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Ölkəmizdə nadir tolerantlıq mühiti var. Azərbaycanda bütün qeyri-millətlərin nümayəndələri əsirlər boyu yerli əhali ilə birgə sülh, əmin-amanlıq şəraitində yaşayır, onların hamısının ibadət yerləri mövcuddur.

Baş nazirin müavini deyib ki, ermənilərin dünyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ildən çoxdur. Bu imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayırlar. Ölkəmiz isə diaspor təşkilatlarını müstəqillik illərində yaratmağa nail oldu. Bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25 ili tamam olur. Hələ 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk dəfə müstəqil respublika yaradıb. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa edə bildik. Diaspor təşkilatlarımızın formalaşması artıq bizə ölkəmiz, dövlətimiz haqqında dünyada təbliğat aparmağa imkan yaradıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başladılan bu iş hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Görülmüş işlərin nəticəsidir ki, artıq dünya bizi tanıyır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən 155 dövlət ölkəmizi dəstəkləyib. Bu, o deməkdir ki, Azərbaycan artıq dünya arenasına çıxıb.

Bu ilin aprel ayının əvvəlində qoşunların təmas xəttində baş verən hadisələr barədə də məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan ordusu erməni təxribatlarının layiqli cavabını verdi və Ermənistan Azərbaycanın gücünü gördü. “Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik”,- deyə komitə sədri əlavə edib .

Qeyd edilib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz qaçqın, köçkünlərinin problemlərini özü həll edir, ancaq bu, o demək deyil ki, beynəlxalq təşkilatlara ehtiyac yoxdur. Problem öz həllini tapana qədər beynəlxalq humanitar təşkilatlar fəaliyyət göstərməlidir, göstərirlər və göstərəcəklər. 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı yox idi. Əgər o vaxt bu humanitar təşkilatlar Azərbaycana gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı.

Sonda Əli Həsənov Azərbaycan ilə Litva arasında əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu və bu münasibətlərin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib. O, litvalı jurnalistlərə ölkəmizin ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlandıqları üçün minnətdarlığını ifadə edib. Ə.Həsənov, həmçinin bu səfərin təşkilinə görə ölkəmizin Litvadakı səfirliyinə və Beynəlxalq Avrasiya Mətbuat Fonduna da təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi