Ermənistanın xarici dövlət borcu 4 milyard ABŞ dollarını keçib
Tbilisi, 17 sentyabr, AZƏRTAC
Ermənistanın xarici dövlət borcu 4 milyard ABŞ dollarını keçib.
Ermənistan mətbuatının yazdığına görə, bu dövlətin beynəlxalq maliyyə qurumları və kreditorları qarşısındakı borcu ilin əvvəlindən sentyabrın 1-dək 283 milyon ABŞ dolları artaraq 4,068 milyard dollara çatıb. Bundan başqa, ölkə rəhbərliyi tərəfindən də bir neçə yüz milyon dollarlıq yeni kredit müqavilələri imzalanıb. Bunlardan biri ölkənin müdafiə qüdrətini artırmaq üçün Rusiyadan alınan 200 milyon dollarlıq yeni kredit müqaviləsidir.
Mətbuatın yazdığına görə, Rusiyadan Ermənistan Atom Elektrik Stansiyasının modernləşdirilməsi üçün 270 milyon dollar məbləğində daha bir kredit müqaviləsi də imzalanıb.
Ekspertlərin fikrincə, Ermənistanın xarici dövlət borcunun belə bir yüksək səviyyədə artması ölkənin xarici dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından və kreditorlardan asılı vəziyyətə salıb. Belə olan halda isə Ermənistanın inkişafından danışmağa dəyməz.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]