CƏMİYYƏT


“Ermine” qasırğası qlobal istiləşmə səbəbindən baş verib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Son günlər Floridanın şimal-qərb sahilində dağıntılara səbəb olan və 200 minədək evi elektriksiz qoyan “Ermine” qasırğası qlobal istiləşmə səbəbindən baş verib.

AZƏRTAC “gazeta.ru” saytına istinadla xəbər verir ki, bu barədə məlumat “New Scientist” portalında yer alıb.

Hələ 2012-ci ildə alimlər proqnoz veriblər ki, güclü qasırğalar əvvəllərdə olduğu kimi 100 ildə bir dəfə deyil, dəniz səviyyəsinin yüksəlməsi və qlobal istiləşmə səbəbindən hər 20 ildə azı üç dəfə baş verəcək.

Tədqiqatçılar qeyd edirlər ki, son 50 ildə Floridada dəniz səviyyəsi 30 santimetr yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.