İDMAN


Eşitmə qüsurlu əlillər arasında futzal turnirində altı komanda birincilik uğrunda mübarizə aparacaq

Bakı, 23 may, AZƏRTAC

Mayın 24-dən 27-dək “Olimpik Star” İdman Kompleksində AFFA-nın dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən eşitmə qüsurlu əlillər arasında futzal turniri keçiriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş turnirdə 6 komanda – “Şimşək”, “Birlik”, “Zirvə”, “Ümid”, “Bakı”, “Azəri” mübarizə aparacaq.

Yarışın açılış oyunu “Şimşək” və “Birlik” komandaları arasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.